Oxot dənizi
Oxot dənizi — Sakit okeanın şimal-qərb hissəsində, Rusiya və Yaponiya sahillərində yerləşən dəniz. Oxot dənizi Kamçatka yarımadası, Kuril adaları, Saxalin adası, Hokkaydo adası ilə Avrasiya materiki arasında yerləşmişdir. Onun sahəsi 1,583,000 km²,orta dərinliyi 859 metr, ən dərin yeri isə 3372 metr-dir. Hokkaydo adasından başqa, Oxot dənizinin bütün hissələri Rusiya Federasiyasının nəzarəti altındadır. Lakin, Yaponiya dənizin cənub hissəsində yerləşən Kuril arxipelağına, daha dörd qayalıq — Kunaşir, İtirup, Şikotan, Habornay qayalıqları da, daxil olmaqla öz ərazi iddialarını irəli sürür. Yaponiya onları özünün Şimal Əraziləri adlandırır.
Dənizin materik sahillərinin çox hissəsi yüksək qayalıqlardan ibarətdir və Amur, Tuğur, Uda, Qziqa və Penjina çayları vasitəsilə kəsilmişdir. Ən böyük körfəzi Şelixovdur.
Oxot dənizi Şərqi Asiyanın ən soyuq dənizidir.
Oxot dənizi dünyanın ən çox bioloji ehtiyatlarının cəmləşmiş olduğu dənizlərdən biridir.